Ermənistan: İki yeniyetmə azaraq Azərbaycan tərəfə keçib

Ermənistan: İki yeniyetmə azaraq Azərbaycan tərəfə keçib
06 İyn 2025 12:46

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib. 

Bu barədə News365.az Ermənistan KİV-ə istinadən xəbər verir. 

Bildirilir ki, Sünik rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər. 

MTX bəyan edib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür.


Sizin reklam burada
Sizin reklam burada