Azərbaycan XİN Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır

Azərbaycan XİN Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır
10 Okt 2025 20:45

Azərbaycan Xarici İşlər Nazirliyi Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır

News365.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

“Qəzzada atəşkəs bərqərar edəcək, girov və məhbusların azad edilməsinə, Qəzzaya maneəsiz humanitar yardım və onun yenidən qurulmasına yol açacaq Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayırıq.

Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək.

Biz bu nəticəyə doğru gedən yolda ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”.


Sizin reklam burada
Sizin reklam burada