Küveytdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu dövlətin xarici işlər naziri Abdullah Əli əl-Yahya ilə görüşüb.
XİN-dən News365.az-a verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyaları, eləcə də humanitar aspektləri nəzərdən keçirilib.
Tərəflər həmçinin Yaxın Şərqdə təhlükəsizliklə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.