Müharibənin 5-ci ilində həlledici görüş: Tramp və Zelenski Nyu-Yorkda bir araya gəlir

Müharibənin 5-ci ilində həlledici görüş: Tramp və Zelenski Nyu-Yorkda bir araya gəlir
16:45

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulan görüş həftənin ən mühüm diplomatik hadisələrindən birinə çevrilə bilər.

Nyu-Yorkda Trampla görüşəcəyini bəyan edən Ukrayna lideri bu danışıqların "çox şeyi dəyişə biləcəyini" və müharibənin başa çatdırılması istiqamətində yeni diplomatik dinamikanın yarandığını bildirib.

Bununla belə, iki ölkə rəhbərinin münasibətlər tarixçəsi prosesə ehtiyatla yanaşmağa əsas verir. Liderlərin bundan əvvəlki görüşləri dəfələrlə sülh bəyanatları ilə başlasa da, ya açıq qarşıdurma, ya da tam icra olunmayan razılaşmalarla nəticələnib.

Yenidən bir araya gələn tərəflər üçün mövcud vəziyyət xüsusilə gərgindir. Müharibə artıq beşinci ilinə qədəm qoyub, Moskva və Kiyev arasında birbaşa danışıqlar faktiki olaraq dayanıb. Rusiya Ukrayna ərazilərinə zərbələr endirməkdə davam edərkən, Ukrayna qüvvələri də öz növbəsində Rusiyanın hərbi və enerji infrastrukturlarına hücumları genişləndirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada