"Azərbaycan millisinin heyətində "Qarabağ"ın 7 futbolçusu var" - Deşam

"Azərbaycan millisinin heyətində "Qarabağ"ın 7 futbolçusu var" - Deşam
15:23

Azərbaycan millisinin heyətində UEFA Çempionlar Liqasına yaxşı başlayan "Qarabağ"ın 7 futbolçusu var.

News365.az xəbər verir ki, bunu mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

O, hədəflərinin sabah qələbə qazanmaq olduğunu vurğulayıb:

"Meydana "100 faiz qələbə qazanacağıq" düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində UEFA Çempionlar Liqasında uğurlu start götürən "Qarabağ"ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik".

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada