Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
19:30

Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq kuboku”nda final görüşünə çıxıb.

News365.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.

Qeyd edək ki, boksçumuz daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.


Sizin reklam burada
Sizin reklam burada