İranın xarici işlər naziri Abbas Əraqçının ilin son ayında Azərbaycana səfərinı Prezidenti Məsud Pezeşkianın qonşularla dostluq münasibətlərinin inkişafı prizmasından baxmaq lazımdır.
News365.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
O, qeyd edib ki, Abbas Əqaçının azərbaycanlı həmkarı Ceyhun Bayramovla yanaşı baş nazirinin müavini Şahin Mustafayevlə görüşü iqtisadi əməkdaşlığa və ortaq laiyhələrə verilən əhəmiyyətdən irəli gəlir:
" Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə İranın dövlət başçısının İlham Əliyevə və Azərbaycana böyük hörməti olduğunu deyən Abbas Əraqçı cümləsini belə yekunlaşdırıb: “Məsud Pezeşkian İran Prezidenti seçilməsindən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verib”. Abbas Əraqçı Azərbaycan Prezidentinin İrana rəsmi səfər dəvət edildiyini bildirib. Azərbaycan Prezidentinin İrana səfəri gələn il baş tuta bilər".
Onun sözlərinə görə, Məsud Pezeşkianın Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyi səmimidir. Belə baxanda İranın başqa çıxış yolu da yoxdur:
"Qərbin sərt sanksiyaları ilə üzləşən, ABŞ və İsrailin yeni hücumlarından hələ də sığortalanmayan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla yaxşı münasibətlərə, ortaq layihələrin reallaşmasını sürətləndirməsinə ehtiyacı var. Problem ondadır ki, bunu İran Prezidenti və onun hökumət üzvləri anlasalar da, hakimiyyyətin digər mühafizəkar qanadı hələ də fərqli mövqedədir. Doğrudur, mühafizəkarlar əvvəlki illərdə olduğu kimi “Zəngəzur dəhlizinə imkan verməyəcəyik” kimi məntiqsiz və mənasız açıqlamalarını azaldıblar, ancaq anti-Azərbaycan ritorikalarından tam imtina da etməyiblər".