Qubada sakinlər arasındakı torpaq mübahisəsinə DİN-dən REAKSİYA

Qubada sakinlər arasındakı torpaq mübahisəsinə DİN-dən REAKSİYA
21:40

Quba rayonu, İdrisqışlaq kəndi ərazisində bir qrup sakinin onlara məxsus torpaq sahələrinə gedən yolun zəbt edilməsi ilə bağlı səsləndirdikləri iddialar araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a bildirilib ki, müraciət əsasında torpaq bölgüsünün dəqiqləşdirilməsi məqsədilə polis və aidiyyəti dövlət orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Müəyyən edilib ki, sözügedən ərazi qanunla nəzərdə tutulan qaydada torpaq islahatları aparılarkən bölünərək digər sakinlərə verilib. Bu barədə aidiyyəti qurum tərəfindən şikayət edən şəxslərə məlumat verilib və onlara məsələnin həlli üçün mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə olunub.


Sizin reklam burada
Sizin reklam burada