Beyləqanda qəza - 4 nəfər xəsarət aldı

Beyləqanda qəza - 4 nəfər xəsarət aldı
08 Dek 2025 16:57

Beyləqanda yol qəzası baş verib, xəsarət alanlar var.

News365.az xəbər verir ki, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Qazel" markalı nəqliyyat vasitəsi "Khazar" markalı minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada