Aİ ABŞ-ın Avropa siyasətinə müdaxiləsini rədd etdi

Aİ ABŞ-ın Avropa siyasətinə müdaxiləsini rədd etdi
17:15

Avropa İttifaqı (Aİ) ABŞ-ın Avropa siyasətinə müdaxiləsini qəbul etməyəcəyini açıqlayıb.

News365.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ABŞ-ın milli təhlükəsizlik strategiyası ilə bağlı yayımladığı sənəd barədə şərhində bildirib.

Koşta vurğulayıb ki, ABŞ Avropanın daxili siyasətini müəyyən edə, “yaxşı” və “pis” anlayışını Avropanın əvəzinə təyin edə bilməz. Onun sözlərinə görə, Avropanın ifadə azadlığı vizyonu yalnız Avropanın öz məsuliyyətidir və kənar qüvvələrin buna müdaxiləsi qəbuledilməzdir.

Prezident həmçinin qeyd edib ki, Rusiyanın ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını müsbət qarşılaması narahatlıq doğurur və Avropanın geosiyasi təhlükəsizlik maraqları baxımından əhəmiyyətlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada