Myanmadan olan Coşua Van Las-Veqasda keçirilmiş UFC 323 turnirində braziliyalı Alexandre Pantojanı texniki nokautla məğlub etdikdən sonra yüngül çəki dərəcəsində çempionluq titulunu qazanıb.
Tərəflər arasında döyüş 25 saniyə davam edib və Pantojanın zədələnməsindən sonra başa çatıb.
Qeyd edək ki, Van bu qələbə sayəsində 21-ci əsrdə doğulan döyüşçülər arasında ilk UFC çempionu olub.
24 yaşlı Vanın MMA-də 16 qələbəsi və iki məğlubiyyəti var.