Tanınmış karateçi, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb.
News365.az xəbər verir ki, o, bu barədə "Azerisport.com" saytına açıqlamasında deyib.
“İdmançılar mənə “layk” qoyanda maaşlarını kəsirdilər. Deyirdilər ki, baxın, Rafael çox danışır. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyən yox, sayan yox... Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabını verdilər.
Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs, mən hazırlaşanda “hamı” harda idi?”