Xəbər verdiyimiz kimi, Məlhəm Beynəlxalq Hospitalında mammoloq və radioloq Günel Qəmbərovanın biopsiya proseduru tibbi etika pozuntusu kimi müzakirələrə səbəb olub.
News365.az qeyd edir ki, əvvəlki məlumatlarda Günel Qəmbərovanın Azərbaycan Tibb Universitetinin "Şüa diaqnostikası və terapiyası" kafedrasının assistenti olduğu bildirilirdi.
Lakin universitetin mətbuat xidmətindən deyilib ki, həmin həkim artıq ali təhsil ocağında çalışmır.
***
Bakıda fəaliyyət göstərən Məlhəm Beynəlxalq Hospitalında mammoloq və radioloq Günel Qəmbərovanın biopsiya proseduru etika pozuntusu ilə gündəmə gəlib.
News365.az bildirir ki, məlumata görə, həkim proseduru qeyri-qanuni steril şəraitdə həyata keçirib və həmin görüntüləri sosial mediada yayımlayıb.
Qeyd edək ki, bu hərəkət tibbi peşə standartlarına uyğun hesab olunmur.
Məlumata görə, Günel Qəmbərova həmçinin Azərbaycan Tibb Universitetinin "Şüa diaqnostikası və terapiyası" kafedrasının assistentidir və hazırda Məlhəm Beynəlxalq Hospitalında çalışır.
Xatırladaq ki, yaxın zamanda Məlhəm Hospitalında əməliyyat zamanı pasiyentin ölümü ilə bağlı da xəbərlər yayılmışdı. /// bakıvaxtı