İrəvanda keçmiş deputat, Respublika Partiyasının üzvü Mihran Hakobyana qarşı soyğunçuluq törədilib.
Hadisə “Dalma Garden Mall” ticarət mərkəzinin yaxınlığında baş verib və hücum edənlər maskalı olublar.
News365.az xəbər verir ki, vəkil Ruben Melikyan sosial mediada bildirib ki, keçmiş parlamentari yaralanıb və İzmirlyan Tibb Mərkəzinə aparılıb.
Vəkil əmindir ki, hüquq-mühafizə orqanları 2021-ci ildə Hakobyanın evinin qarşısına qumbara atan cinayətkarları tutsaydı, hücum baş verməzdi.