Payızda qəzaların artmasının əsas səbəbləri - Ekspertdən AÇIQLAMA

Payızda qəzaların artmasının əsas səbəbləri - Ekspertdən AÇIQLAMA
16:08

Nəqliyyat eksperti Aslan Əsədov payız mövsümündə yol-nəqliyyat hadisələrinin artmasının səbəblərini açıqlayıb.

News365.az xəbər verir ki, ekspertin sözlərinə görə, Biləsuvarda və Qobu qəsəbəsi ərazisində baş verən qəzalarda 8 nəfərin həyatını itirməsi bunun dramatik göstəricisidir. Əsədov ailələrə başsağlığı verərək, itkin düşən və valideynsiz qalan uşaqların gələcəkdə qarşılaşa biləcəyi çətinlikləri vurğulayıb.

Ekspert qəza səbəblərini aşağıdakı kimi sıralayıb:

  1. Nəqliyyat vasitəsinin idarə edilməsində səhvlər və idarəetmənin itirilməsi.

  2. Ara məsafəsinin düzgün saxlanılmaması.

  3. Sürücünün nəqliyyat vasitəsini idarəetmə bacarığının yetərli olmaması.

  4. Yol çıxışı üçün vaxtın düzgün seçilməməsi.

  5. Yol infrastrukturu ilə tanış olmamaq.

  6. Yol infrastrukturunun əks etdirici elementlərlə yetərincə təmin edilməməsi. Məsələn, körpü və yolların rəng əks etdirici boyalarla işarələnməsi.

Əsədov bildirib ki, bu faktorlar sürət həddi 90 km/saat olsa belə qəzaların riskini artırır. Onun sözlərinə görə, sürücülərin diqqətli olması və infrastrukturun təkmilləşdirilməsi payız qəzalarının qarşısını almaq üçün vacibdir.


Sizin reklam burada
Sizin reklam burada