Ermənistan–Azərbaycan sərhədində yeraltı təkanlar qeydə alındı

Ermənistan–Azərbaycan sərhədində yeraltı təkanlar qeydə alındı
16:33

Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə zəlzələ olub.

News365.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, bazar ertəsi günü Ermənistan və Azərbaycan sərhədində yerləşən Cermuk yaxınlığında 2,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ saat 14:35-də Cermukdan 13 kilometr şimal-şərqdə, sərhəd bölgəsində qeydə alınıb.

Episentr 10 kilometr dərinlikdə yerləşib və zəlzələnin gücü 2-3 bal olub.

1-2 bal gücündə zəlzələ Cermuk şəhərində və Ermənistanın Vayots Dzor bölgəsinin Keçut və Qndevaz kəndlərində hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada