Avropaya köçür

Avropaya köçür
09:55

Hollivud ulduzu Ancelina Coli ABŞ-dən kənarda yeni həyat qurmağa hazırlaşır.

News365.az xəbər verir ki, bu barədə “Globe” nəşri məlumat yayıb.

Bildirilib ki, aktrisa Avropaya köçərək həyatında “yeni bir fəsil” açmağı planlaşdırır.

Məlumata əsasən, bu qərar həm uşaqlarının daha müstəqil həyat qurmasına şərait yaratmaq, həm də şəxsi həyatına daha çox vaxt ayırmaq məqsədi daşıyır.

Mənbənin sözlərinə görə, Colinin son illərdə Avropada keçirdiyi vaxt ona Los-Ancelesdə hiss etmədiyi “hörmət və rahatlıq” qazandırıb. Bildirilir ki, Hollivuddan uzaq həyat aktrisanın sosial çevrəsini genişləndirməsinə də kömək edə bilər.

Xəbər həmçinin Colinin keçmiş həyat yoldaşı Bred Pittlə davam edən “Şato Miraval” mülkü ilə bağlı hüquqi mübahisələrin fonunda gündəmə gəlib.


Sizin reklam burada
Sizin reklam burada