Bu gün Avropa Türkiyəyə Türkiyənin Avropaya ehtiyac duyduğundan daha çox ehtiyac duyur.
News365.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib.
"Anadolu”nun məlumatına görə, dövlət başçısı Avropa İttifaqını (Aİ) Ankaranın konstruktiv mövqeyini zəiflədə biləcək addımlar və ritorikadan çəkinməyə çağırıb. Onun sözlərinə görə, Türkiyə artıq əvvəlki Türkiyə deyil və dünya Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır.
Ərdoğan həmçinin Aİ-ni etiraf etməyə çağırıb ki, Türkiyə bu quruma tamhüquqlu üzv olmadan ittifaq qlobal oyunçu və ya cəlbedici mərkəz ola bilməz. Prezident Brüsselin Ankaraya münasibətdə mövqeyini “uzaqgörən olmayan” kimi qiymətləndirib.
Ərdoğanın fikrincə, Avropa Türkiyəyə Türkiyənin Avropaya ehtiyac duyduğundan daha çox ehtiyac duyur və bu asılılıq yalnız artacaq.
Türkiyə 1963-cü ildə (o zaman Avropa İqtisadi Birliyi ilə) assosiasiya sazişi imzalayıb və 1987-ci ildə rəsmi üzvlük müraciəti edib. Türkiyənin Avropa İttifaqına qoşulması ilə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və siyasi fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.