Avropanın Rusiya ilə bərabər şərtlərlə birbaşa qarşıdurmaya girməsinə imkan verəcək vasitə və qüvvələri yoxdur. Bu barədə “Do Rzeczy” portalı yazıb.
Müəllif qeyd edib ki, Avropanın Rusiya ilə uğurlu müharibə aparmaq imkanı sıfır səviyyəsindədir: "Bu qabiliyyətə malik yeganə oyunçu ABŞ-dir. Donald Tramp isə artıq bu işdə iştirak etmək istəmədiyini bildirib”, - məqalədə yazılıb.
Müəlliflərin fikrincə, Aİ liderlərinin aqressiv ritorikası və Ukraynaya qoşun yeritmək niyyəti ABŞ-ni Rusiya ilə müharibəyə cəlb etmək planı ilə əlaqələndirilə bilər. Jurnalistlər bu məsələyə başqa izahat tapmaqda çətinlik çəkiblər: "Çünki “Avropanın belə bir hərbi əməliyyat keçirməyə qadir olmadığını bilməmək üçün axmaq olmaq lazımdır. Amerika NATO olmadan özünü müdafiə edə bilər, lakin ABŞ olmadan NATO özünü müdafiə edə bilməz. Avropa ölkələrinin liderləri Avropanı məhv etmək əzmində olan bir sektaya çevrilib”.
Tural