8 Noyabrda maşınlar toqquşdu

8 Noyabrda maşınlar toqquşdu
17 Apr 2025 12:12

Bakıda ağır qəza baş verib.

News365.az xəbər verir ki, paytaxtın 8 Noyabr prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 99-KN-086 dövlət nömrə nişanlı "HAVAL” markalı avtomobil 99-CU-303 qeydiyyat nişanlı "Hyundai”la toqquşub. Toqquşan avtomobillər daha sonra prospektlə hərəkət edən üçüncü maşına da çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi maddi ziyan dəyib. Ərazidə qəza səbəbilə nəqliyyatın hərəkətində poblemlər yaranıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada