Ukrayna ABŞ-la birlikdə Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarət etməyə hazırdır. Çünki Rusiya məlum mühüm və strateji obyektə nəzarəti əlində saxlasa, bu, nüvə enerjisi ilə bağlı bəzi məsələlərə dair etibar və inamı məhv edəcək. Bu, həm də yeni fəlakəti yaxınlaşdıracaq. Xarici KİV-in yaydığı məlumata görə, bu açıqlamanı Ukraynanın energetika naziri German Qaluşenko verib.
Nazir ABŞ prezidenti Donald Trampın stansiyaya birgə nəzarət ideyasını şərh edib. O, Zaporojye AES-in Ukraynanın nəzarətinə qaytarılmasında tərəflərin “ümumi marağının” olduğunu bildirib.
"Bu, bizim aramızda əməkdaşlıq üçün yeni imkanlar aça bilər. Məsələn, elektrik enerjisi ixracına dair əməkdaşlıq. Bundan əlavə, ABŞ-la birlikdə Ukraynada həyata keçirilə biləcək istənilən layihə üçün bizə daha çox elektrik lazım olacaq. Ölkənin genişmiqyaslı bərpası üçün də bizə daha çox elektrik lazımdır və bu, çox vacibdir", - Qaluşenko bildirib.
Bundan əvvəl “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev Zaporojye AES-in ABŞ-nin nəzarəti altına keçməsi variantını “qeyri-elmi fantastika” adlandırmışdı. Lixaçovun sözlərinə görə, bu, Rusiya ərazisində yerləşən Rusiya obyektidir.
Tural