Rusiyada dəhşətli hadisə baş verib. "Beşinci Kanal"ın yaydığı məlumata görə, Maloyaroslavetsdə bir yerdə yaşadığı kişi ilə mübahisə edən ana dörd aylıq oğlunu divara çırpıb. Hadisə sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub. Bəzi mənbələr ananın körpəsinin başını divara vurduğunu yazıblar.
"Hadisə aprelin 13-də baş verib, 23 yaşlı qız 54 yaşlı yoldaşı ilə dava edib. Münaqişə zamanı o, qucağında tutduğu oğlunu divara atıb. Dörd aylıq uşağın başı divara dəyib", - nəşr yazıb.
Təcili xəstəxanaya yerləşdirilən körpəyə kəllə sınığı diaqnozu qoyulub. Hadisə ilə bağlı rayon İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb, ana saxlanılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Tural