Maldiv adalarında elit kurortda dincələn rusiyalı qadına köpək balığı hücum edib. Bu barədə Life SHOT Telegram kanalına istinadən məlumat yayıb. Qeyd edilib ki, dəhşətli hücuma məruz qalan rusiyalı qadın sağ qalıb. O, əməliyyat olunub.
"Hücum snorklinq (Suyun elə də dərin olmayan hissəsinə xüsusi nəfəs aparatı ilə enmə-red.)zamanı baş verib. Turistin özünün dediyinə görə, o, təhlükəsizlik qaydalarına tam əməl edib, lakin köpəkbalığı ona hücum edib. Heyvan qızın biləyindən dişləyib, bundan sonra o, özünü itirməyib və əli ilə köpək balığını itələyib, sonra isə qayığa üzərək kömək istəyib", - paylaşımda yazılıb.
Maraqlıdır ki, sığorta şirkəti zərərçəkmişin təcili əməliyyat xərclərini ödəməkdən imtina edib. Qızın əməliyyatı yüngül anesteziya altında aparılıb və bu, çox ağrılı olub.
Tural