Moskvadakı İES-də dəhşətli yanğın olub

Moskvadakı İES-də dəhşətli yanğın olub
17 Apr 2025 09:01

Moskvanın cənubunda Yujnaya İstilik Elektrik Stansiyası-26-nın (İES) ərazisində təhlükəli yanğın baş verib. Yerli medianın yaydığı məlumata görə yanğın artıq söndürülüb.

Saytlar Rusiya paytaxtının fövqəladə hallar xidmətinə istinad ediblər. 

"Qeyd edilib ki, yanğınsöndürənlər artıq yanğını söndürə biliblər. Bununla belə, heç kim xəsarət almayıb. Vostryakovski proezd 10 ünvanında yanğınla bağlı səhər tezdən məlumat verilmişdi. Yanğın 20 kvadratmetr ərazini əhatə edib", - "Gazeta" yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada