Şabran çayında 2 nəfərin meyiti TAPILDI - YENİLƏNİB

Şabran çayında 2 nəfərin meyiti TAPILDI - YENİLƏNİB
17 Apr 2025 10:50

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

News365.az xəbər verir ki, onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

    İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.

    Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

    ***

    10:23

    Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

    News365.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

      Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.


      Sizin reklam burada
      Sizin reklam burada