Bakıda hoteldə meyit tapıldı

Bakıda hoteldə meyit tapıldı
17 Apr 2025 12:20

Bakıda hoteldə meyit tapılıb.

News365.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən hotellərdən birində qeydə alınıb.

Müəssisəyə müştəri qismində gələn 30 yaşlı Xəzər Tofiq oğlu Muradlının meyiti otaqlardan birində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Mərhumun hansı səbəbdən ölməsi hələlik bilinmir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada