Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır

Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır
17 Apr 2025 11:48

Ermənistan-Azərbaycan danışıqları məhz ikitərəfli formatda, xarici müdaxilə olmadan daha yaxşı nəticələr verib.

News365.az xəbər verir ki, bunu Türkiyə KİV-inə müsahibəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O xatırladıb ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çoxsaylı vasitəçilər və yardımçı tərəflər iştirak edib: “Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa ikitərəfli dialoq formatında nail olunub”.


Sizin reklam burada
Sizin reklam burada