ABŞ-nin “Northrop Grumman” hərbi şirkətinin Yuta ştatındakı müəssisəsinin binası partlayış nəticəsində dağılıb.
News365.az xəbər verir ki, bu barədə “Fox13 News” telekanalı məlumat yayıb.
"Partlayış “Northrop Grumman”ın Boks Elder dairəsindəki zavodunun binasını məhv edib", - telekanal bildirib.
Qeyd olunub ki, partlayış nəticəsində xəsarət alan yoxdur, araşdırma aparılır.
Çərşənbə günü səhər saatlarında baş verən partlayışın səbəbi hələ müəyyən edilməyib.