NATO sülhməramlılarının Ukrayna ərazisində peyda olması inandırıcı görünmür. Çünki bu hərbçilərin Ukraynaya gəlməsinə çətin ki, Rusiya prezidenti Vladimir Putin razılıq verə. Həmçinin hərbi blokun bölmələrinin burada yerləşdirilməsi üçün kifayət qədər qüvvə və resursu da yoxdur. Bu barədə “The Hill” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Vladimir Putin NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinə razı olmayacaq. Çünki bu, Rusiyanın təhlükəsizliyinə birbaşa ziddir və hərbi blokun genişlənməsi Ukraynada müharibənin başlamasının əsas səbəblərindən biri olub. Üstəlik, məqalədə deyilir ki, Putin buna razılaşsa belə, NATO yaxın gələcəkdə blokun sərhədlərində Rusiyanı çəkindirəcək qüvvələrə əlavə olaraq 30 min sülhməramlı təmin edə bilməyəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural