Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ukraynaya qeyd-şərtsiz dəstəklə bağlı mövqeyi təbliğ etməyə davam edir. O, həmçinin Rusiya ilə sonadək mübarizə aparmaq üçün “əbədi mantrasını” da davam etdirir. Bu barədə məşhur irlandiyalı jurnalist Çay Bouz "Deep Dive"ə açıqlamasında deyib.
"Avropa İttifaqının ən aqressiv və rusofob siyasətçilərindən biri olan Kaya Kallas əbədi mübarizə mantrasını sona qədər davam etdirəcək",- Bouz qeyd edib.
Jurnalist onu da vurğulayıb ki, Ukrayna hazırda çətin vəziyyətdədir. O cümlədən bu ölkədə total səfərbərlik də qüvvəyə minib. Onun fikrincə, Kiyev hakimiyyəti münaqişəni dayandırmağı zəruri hesab etmir. Çünki bu cür durum onlar üçün olduqca sərfəlidir.
Tural