Rusiyada maraqlı hadisə baş verib. Sankt-Peterburqda 9-cu sinif şagirdi avtomobil qəzasına düşüb və heç kimdən kömək istəmədən səkkiz gün onurğası sınıq vəziyyətdə gəzib. Bu barədə “Konkretno.ru” Telegram kanalı məlumat yayıb.
"Aprelin 16-da bel fəqərələrinin sıxılma sınığı ilə 15 yaşlı yeniyetmə Müqəddəs Məryəm Maqdalina adına 2 saylı Uşaq Xəstəxanasına gətirilib. Həkimlər 9-cu sinif şagirdinin vəziyyətini orta ağır qiymətləndirib və o, xəstəxanaya yerləşdirilib", - nəşr yazıb. Sosial şəbəkələrin Rusiay seqmentində geniş müzakirələrə səbəb olan bu hadisə mütəxəssislərin də diqqətini çəkib. Tibb mütəxəssisləri bunu az qala möcüzə kimi qiymətləndiriblər. Çünki digər sümüklərdən fərqli olaraq onurğa sınıqlara qarşı olduqca həssasdır. Onurğası sınan adam ümumilikdə gün ərzində tibbi müdaxilə olmasa qısa zamanda ölür.
Tural