Kansler otağından məşhur qələbə fotomuzu assın - Puşkov

Kansler otağından məşhur qələbə fotomuzu assın - Puşkov
17 Apr 2025 12:08

Almaniyanın gələcək kansleri Fridrix Merz öz kabinetində Reyxstaq üzərində məşhur Qələbə bayrağının fotoşəkilini asmalı idi. Çünki yəqin ki, onun yaddaşı siyasətçini çətin vəziyyətə salır. Bu fikirləri Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov özünün Telegram kanalında yazıb.


Puşkov paylaşımına müharibə müxbiri Yevgeni Xaldeyin məşhur "Reyxstaq üzərində Qələbə bayrağı" adlı müvafiq fotosunu da əlavə edib.

Xatırladaq ki, aprelin 13-də CDU/CSU blokunun lideri və Almaniyanın gələcək kansleri Fridrix Merz Rusiyanı qıcıqlandıran qərar verdi. O, uzun mənzilli “Taurus” qanadlı raketlərinin Ukraynaya ötürülməsinə icazə verib. Siyasətçi qərarının belə izah edib: "Avropalı tərəfdaşlar tədarüklə bağlı razılığa gəlsələr, Almaniya da bu prosesdə iştirak etməlidir”. Merz təklif edib ki, Ukrayna Silahlı Qüvvələri bu raketlərdən Krım körpüsünü vurmaq üçün istifadə etsin.

Tural


Sizin reklam burada
Sizin reklam burada