Monikanın 20 yaşlı qızı geyimi ilə gündəm yaratdı - FOTO

Monikanın 20 yaşlı qızı geyimi ilə gündəm yaratdı - FOTO
17 Apr 2025 13:05

Məşhur aktyorlar Monika Belluççi ilə Vinsent Kasselin qızı Deva Kassel növbəti dəfə dünya mediasının diqqətini özünə çəkə bilib. Xarici KİV-in yaydığı məlumata görə, 20 yaşlı Deva büstqaltersiz pencək geyinərək ictimaiyyət qarşısına çıxıb. Fotolar İnstaqramda yayılıb. 


Kassel familyasını daşıyan gənc məşhur "Dior" moda evinin yeni kolleksiyasının Kiotoda baş tutan şousunun qonağı olub. Sosial tədbirdə aktrisanı sevgilisi Sol Nanni də müşayiət edib. 


"Monika Belluççi və Vinsent Kasselin qızı dekolteli və büstqaltersiz şəkildə görünməsi müzakirələrə səbəb olub. O,  tünd qırmızı məxməri pencəkdə, enli şalvarda və qara ayaqqabıda fotoqraflara poza da verib", - "Gazeta" nəşri yazıb.

Qeyd edək ki, Deva Kassel modellik karyerasını fəal şəkildə inkişaf etdirir. Gənc ulduz "Dior", "Dolce & Gabbana" və "Jacquemus" kimi dünya moda evlərinin şoularında iştirak edib. Bundan başqa, Monika Belluççi və Vinsent Kasselin qızı italyan rejissor Laura Luçettinin “Gözəl yay” filmində də rol alıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada