Aşqabadda Putin və Pezeşkian arasında görüş olub

Aşqabadda Putin və Pezeşkian arasında görüş olub
13:26

Aşqabadda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında görüş olub.

News365.az xəbər verir ki, görüş Türkmənistanın daimi neytrallıq elan etməsinin 30-cu ildönümünə həsr olunmuş Sülh və Etimad Forumu çərçivəsində baş tutub.

Rusiya və İran liderləri sonuncu dəfə sentyabrın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi Çində görüşmüşdülər.



Sizin reklam burada
Sizin reklam burada