“Heydər Əliyevin siyasi irsi regionda strateji xətt olaraq davam edir” - Türkiyə səfiri

“Heydər Əliyevin siyasi irsi regionda strateji xətt olaraq davam edir” - Türkiyə səfiri
11:38

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı açıqlama verib.

News365.az xəbər verir ki, diplomat Heydər Əliyevin dövlətçilik tarixində oynadığı rolu yüksək dəyərləndirib.

Səfirin sözlərinə görə, Heydər Əliyev hər dövrdə Azərbaycan xalqının rifahını, ölkənin güclənməsini və milli maraqların qorunmasını əsas prioritet seçib. O bildirib ki, Ulu Öndər ən ağır mərhələlərdə belə xalq üçün dayaq olub, ölkənin siyasi inkişaf kursunu formalaşdıraraq dövlətin möhkəmlənməsinə əvəzsiz töhfələr verib.

Birol Akgün vurğulayıb ki, Heydər Əliyevin yaratdığı siyasi xətt bu gün də regionda strateji əhəmiyyət kəsb edir:
“Onun uzaqgörən siyasəti Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində qurulmasına imkan yaradıb”.

Səfir əlavə edib ki, Heydər Əliyevin siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iki ölkə arasındakı əlaqələr tarixinin ən yüksək səviyyəsinə çatıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada