Azərbaycan və Ermənistan mütəxəssisləri iki ölkənin inzibati sərhədində yerləşən Zod (Söyüdlü) qızıl yatağı ətrafında ilkin texniki kəşfiyyat və tədqiqat işləri aparıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib.
Xatırladaq ki, sözügedən texniki kəşfiyyat işləri delimitasiya prosesindən əvvəl gələn və sərhəd layihəsini hazırlamaq üçün faktiki coğrafi şəraiti öyrənməyə xidmət edən ilkin texniki addımdır. Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər və Ermənistanın Vardenis rayonlarının ərazisində yerləşir. 2020-ci ildə 44 günlük müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında 10 noyabr bəyanatı və Kəlbəcər rayonunun Azərbaycana qaytarılması nəticəsində, SSRİ-dövrü inzibati sərhədlər əsas götürülərək yatağın bir hissəsi, o cümlədən mədən infrastrukturlarının müəyyən hissələri Azərbaycana qaytarılıb.
Azərbaycanın milil dağ-mədən şirkəti “AzerGold” QSC 2025-ci ilin avqust ayından Zod qızıl yatağının Azərbaycana aid hissəsində genişmiqyaslı geoloji tədqiqatlara başlayıb.