“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı

“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12:22

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı 5-ə çatıb.

News365.az xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova  xəstəxanada vəfat edib.

Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.


Sizin reklam burada
Sizin reklam burada