Bayram günlərinin yaxınlaşması ilə birlikdə aztəminatlı ailələrə əlavə dəstək verilib-verilməyəcəyi mövzusu cəmiyyətdə müzakirə olunmağa başlayıb. Xüsusilə bayram ərəfəsində birdəfəlik sosial yardımın ödənilib-ödənilməyəcəyi ilə bağlı suallar gündəmə çıxıb.
İqtisadçı ekspert Natiq Cəfərli News365.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda sosial müavinət alan şəxslər üçün yalnız aylıq ödəniş mexanizmi fəaliyyət göstərir və bu sistemin bayramlara uyğun olaraq genişləndirilməsi nəzərdə tutulmayıb.
Ekspert əlavə edib ki, bəzi xeyriyyəçi təşkilatlar və şirkətlər bayram ərəfəsində uşaq evlərinə, qocalar evlərinə və sosial yardıma ehtiyacı olan şəxslərə könüllü dəstək göstərirlər. Lakin dövlət səviyyəsində əlavə birdəfəlik ödənişlərin verilməsi hələlik planlaşdırılmayıb.
“Dövlət sosial müavinətləri yalnız mövcud aylıq ödəniş çərçivəsində həyata keçirir. Bayram günləri üçün əlavə vəsaitlərin ayrılması indiyə qədər nəzərdə tutulmayıb,” – deyə Natiq Cəfərli vurğulayıb.
News365.az