"Whole Foods" supermarketlər şəbəkəsinin qurucusu Jon Makkey diqqət çəkən açıqlamalar verib. O, "Apple Watch" saatı sayəsində üç il əvvəl alkoqollu içkidən imtina etdiyini söyləyi. Bu barədə Business Insider məlumat yayıb.
Makkey deyir ki, o, "Apple Watch" ilə yuxu rejimini izləməyə başlayanda bəzi günlər daha yaxşı, bəziləri isə daha pis yatdığını görüb. Fərqin səbəblərini öyrənmək üçün vərdişlərini təhlil etməyə başlayıb.
Milyonçu, yatmazdan əvvəl daha çox məşq etmənin və daha az ağır yeməklərin yaxşı yuxuya səbəb olduğunu öyrənib. Lakin ən böyük "kəşfi" spirtli içki qəbul etdikdən sonra dərin yuxu mərhələsinin olmaması olub. O, "AutoSleep" proqramından istifadə edərək, hətta bir stəkan şərab və ya pivənin onu dərin yuxudan məhrum etdiyini, ümumi yuxunu təxminən bir saat azaltdığını aşkar edib.
Tural