Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İdarə Heyətinin üzvləri və Agentliyin struktur bölmələrinin rəhbərləri ilə birlikdə Zəfər abidəsini ziyarət edib.
Bu barədə News365.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, agentliyin nümayəndələri xatirə daşının önünə gül dəstələri düzərək Vətən müharibəsində qəhrəmancasına döyüşən və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.