ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı - Hökm oxundu

ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı - Hökm oxundu
16:14

Füzulidə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının düşdüyü yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

News365.az-ın məlumatına görə, “BMW” markalı avtomobillə qəza törədən ANAMA-nın Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanova hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.

Qeyd edilib ki, hadisə ötən il dekabrın 9-u rayonun Arayatlı kəndi ərazisində səhər saat 06:30 radələrində ANAMA əməkdaşları işə gedərkən baş verib. S.Qəhrəmanov sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Nəticədə onun iş yoldaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov aldığı xəsarətlər nəticəsində hadisədən 6 gün sonra xəstəxanada vəfat edib.

Qurumun digər əməkdaşı 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və sürücü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.

Füzuli Rayon Məhkəməsinin hökmü ilə Samir Qəhrəmanova 3 il 4 ay azadlıqdan məhrumetmə cəzası və 22 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.

Aslan Vəliyev

Fotoda: Mustafa Qasımov


Sizin reklam burada
Sizin reklam burada