Amerikaya ilk gedən Azərbaycanlı kim olub?- FOTO

Amerikaya ilk gedən Azərbaycanlı kim olub?- FOTO
09:04
Mən diaspor mövzusu ilə 1998-ci ildən tədqiqat aparıram və ilk dəfə Azərbaycanda mövzunun siyasi, nəzəri və tarixi aspektlərini birləşdirən "Beynəlxalq münasibətlərdə diasporların rolu” kitabım 2001-ci ildə nəşr edilib. Daha sonra bu mövzuda çoxsaylı məqalələr və kitablarım dərc edilib. Bu barədə Vikipediya səhifəmdə https://az.wikipedia.org/wiki/Zaur_%C6%8Fliyev_(politoloq) məlumat var deyə mövzuya keçirəm.
Diaspor mövzusunda yazdığım kitabları online oxumaq üçün linkləri yazıram :
Azərbaycan mühacirət tarixi barədə kifayət qədər Qərb və Şərq ölkələrində məlumatlar var. Mənim diqqətimi hər zaman cəlb edən Amerika Birləşmiş Ştatlarına ilk dəfə gedən Azərbaycanlı kim olub sualı idi.
Düzdü, bu günə qədər rəsmi sənədlərə əsaslansaq bu 1912-ci ilin iyununda Mavritaniya gəmisi ilə Rusiyadan Amerikaya köçən, sənəddə məkan Bakı, Rusiya kimi yazılan, milliyəti yəhudi kimi qeyd edilən Mirzə Əli Əkbər adlı şəxs olub. Liverpul şəhərindən gəmi ilə ABŞ-yə yola düşən 1912-ci il iyunun 7-də Ellis adasına gəlib çatan Mirzə Əli Əkbər ilk rəsmi şəxs hesab edilir. Onun barəsində olan son məlumat belədir:
" Amerikada bir müddət yaşayıb və yerli mühitə uyğunlaşmağa çalışıb". Vəssalam. Daha bu şəxs barədə heç bir məlumat yoxdur..
Doğurdanmı Amerikaya gedən ilk şəxs Bakı yəhudisi olub ?
Bir qeyd edim burda.
Yəgin ki, çoxunuz Ceyms Kameronun çəkdiyi "Titanik" filminə baxmısınız. Həmin filmə ingilis dilinə baxanda gəminin batması anında Rouz və Cekin qaçdığı bir kiçik səhnədə bir ailənin "belə gəl", "bəsdir" deyə iki şərqlinin danışığını eşidə bilərsiniz. İddia etmirəm ki, bu şəxslər Azərbaycanlı olublar, bəlkə də Osmanlı imperiyası təəbəsi olan şəxslər idilər, lakin bu kiçik bir neçə saniyəlik səhnədə Azərbaycan dilində bu sözləri eşitmək müəyyən fikirlərə gəlməyə əsas verir. Bu film çoxsaylı sənədlər, faktlar üzərində çəkilib və rejissorun bunu filmdə göstərməsi də maraqlıdır.
Keçək əsas mövzuya. İlk dəfə Amerikada olan Azərbaycanlı kim olub. Bunu biz dəqiq deyə bilmərik, o dövrdə Rusiya təəbəsi, Osmanlı təəbəsi, tatar, iranlı, türk, tartar, Caucasusian və sairə adlarla adlandıran Azərbaycanlıların qeydiyyat məsələsinə görə bu sual hər zaman açıq qalacaq.
Bu barədə dostum Dilgam Ahmed -in gözəl bir yazsın oxumağı tövsiyə edirəm
Eyni zamanda hörmətli Vilayət Quliyevin də gözəl araşdırmaları var və sosial mediada və saytlarda onu axtarıb oxuya bilərsiniz.
Lakin əlimizdə olan məlumatlara görə Azərbaycanlı kimi ilk dəfə Amerikada olan iki şəxsin adı çəkilir, bunlar isə bu gün də mübahisəli məsələdir.
1) Mübahisə edilən adlardan biri məşhur şərqşünas alim Mirzə Kazım bəydir. İddialara görə, 1840-50-ci illərdə elmi fəaliyyətləri ilə bağlı dolayı yollarla ABŞ ilə əlaqədə olub. Lakin onun şəxsən Amerikaya gedib-getmədiyi hələ də müzakirə mövzusudur.
2) Səlim bəy adlı şəxsin adı hallanır. İddia edilir ki, Səlim bəy Nyu Yorka köçüb və burada xalça ticarəti ilə məşğul olub.Onun 1880-ci illərdə Amerikada olması barədə məlumatlar olsa da, Mirzə Əli Əkbər kimi konkret adı sərnişin siyahısında yoxdur, bəlkə də var. Sadəcə geniş araşdırmaya ehtiyac duyulur.
Gəncəli tacir kimi adı bəzən hallanan Səlim bəyin Fransa üzərindən bura gəlməsi barədə iddialar var.Salimoff və ya sadəcə Selim Bey kimi yazılar bilər eyni zamanda adı.Manhettendə "Kiçik Suriya" (Little Syria) adlanan bir bölgədə yaşaması ehtimal edilir.
Bakıdan qatar ilə çıxıb Batum şəhərinə gəlib, ordan Marsel (Liverpul da ola bilərdi, lakin ora Marseldən uzaq idi) dəniz limanına gedib və ordan da Transatlantik gəmi ilə Amerikaya getmək mümkün idi.
1920-ci il bolşevik işğalından sonra bir çox bəy nəsillərinin ailə arxivi və şəxsi sənədləri repressiyaya məruz qaldığı üçün biz bu suala çətin cavab tapa bilərik ölkəmizdə. Amerikada isə bunu araşdırmaq, ortaya çıxarmaq və faktları aşkar etmək bahalı bir xərcdir.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada