Pezeşkian Putinlə danışıb, İran Rusiyadan dəstək gözləyir

Pezeşkian Putinlə danışıb, İran Rusiyadan dəstək gözləyir
10:14


Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

News365.az xəbər verir ki, telefon danışığında İranın ABŞ və İsraillə müharibə fonunda Rusiyanın dəstəyini gözlədiyi açıqlanıb.

Pezeşkianın sözlərinə görə, Tehranda gözlənilir ki, Moskva hücumlar şəraitində İran xalqının qanuni hüquqlarını beynəlxalq arenada dəstəkləyəcək.

Rusiya isə problemlərin həlli üçün bütün Yaxın Şərqdə hərbi üsullardan imtina edilməsinin və döyüş əməliyyatlarının dərhal dayandırılmasının zəruri olduğu barədə prinsipial mövqeyini təsdiqləyib.



Sizin reklam burada
Sizin reklam burada