ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər
13 İyn 2026 09:19

Bu gün ABŞ-nin maliyyə naziri Skot Bessent Fox News telekanalına müsahibəsində İranla aparılan danışıqların yekun mərhələyə yaxınlaşdığını bildirib.

Nazirin sözlərinə görə, mövcud danışıqların gedişatı nəzərə alınarsa, ABŞ və İran arasında sülh sazişi bu həftənin sonu və ya ən gec bazar ertəsinə qədər yekunlaşdırıla bilər.
 

Bessent qeyd edib ki, prezident Donald Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istiqamətində atdığı addımlar qısamüddətli dövrdə enerji bazarlarına və Amerika ailələrinin büdcəsinə müəyyən təzyiqlər yaradıb.


“Son aylarda çətin şərait yaşandığını və enerji qiymətlərindəki artımın əməkhaqqı artımlarının mühüm hissəsini udduğunu anlayırıq. Lakin bu kritik mərhələni geridə qoyuruq”, – deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada