"ABŞ–İran anlaşması neftin qiymətini aşağı salacaq"- Natiq Cəfərli

"ABŞ–İran anlaşması neftin qiymətini aşağı salacaq"- Natiq Cəfərli
13:34

ReAL Partiyasının sədri Natiq Cəfərli sosial şəbəkə hesabında ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, tərəflər arasında anlaşmanın əldə olunması ehtimalı yüksəkdir və yaxın günlərdə sənədin imzalanacağı gözlənilir. Cəfərli qeyd edib ki, hər iki tərəfin özünü qalib kimi təqdim etməsi gözlənilən haldır.

News365.az bildirir ki, siyasətçi hesab edir ki, razılaşma rəsmiləşərsə, dünya bazarında neftin qiyməti 75-80 dollar aralığınadək ucuzlaşa bilər. Onun fikrincə, qızılın qiymətində isə artım davam edəcək və bir unsiyanın dəyəri 4500 dolları ötə bilər.

Natiq Cəfərli bildirib ki, ABŞ-ın İran neft sektoruna investisiya və iqtisadi əməkdaşlıq vasitəsilə qoşulması mümkündür. O, İrana yüz milyardlarla dollar həcmində investisiyaların yönələcəyini və bunun ölkənin daha da açılmasına, nəticədə isə daxili transformasiya proseslərinin sürətlənməsinə səbəb ola biləcəyini vurğulayıb.

Cəfərlinin sözlərinə görə, gələcəkdə Hörmüz boğazı ətrafında İran və Oman, dolayısı ilə ABŞ-ın da iştirak etdiyi birgə nəzarət mexanizminin formalaşması ehtimalı var.

Sonda o qeyd edib ki, sülhün əldə olunması bütün tərəflər üçün daha faydalıdır və bundan yalnız münaqişələrdən siyasi məqsədlər üçün istifadə edən qüvvələr narahat ola bilər.


Sizin reklam burada
Sizin reklam burada