Almaniya Zelenskiyə bunu da etdi - GEDİŞAT DƏYİŞİR

Almaniya Zelenskiyə bunu da etdi - GEDİŞAT DƏYİŞİR
12:08

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Almaniyadan yeni IRIS-T hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunu aldığını açıqlayıb.

Zelenski bununla bağlı verdiyi açıqlamada Almaniyaya göstərdiyi hərbi dəstəyə görə təşəkkür edib.

O bildirib ki, Berlinin Ukraynaya təqdim etdiyi hava hücumundan müdafiə vasitələri indiyədək minlərlə insanın həyatının xilas edilməsinə kömək edib.

iris-t.jpg (100 KB)

Ukrayna liderinin sözlərinə görə, güclü hava hücumundan müdafiə sistemi ölkə əhalisinin daha etibarlı qorunmasını təmin edə və Rusiyanın əsas hərbi üstünlüklərindən birini zəiflədə bilər.

“Güclü hava hücumundan müdafiə sistemi insanlarımız üçün daha çox müdafiə təmin edə və Rusiyanı son üstünlüyündən məhrum edə bilər. Moskvaya müharibəni genişləndirmək və eskalasiya etmək imkanı verməmək üçün yardım göstərən, qətiyyətli addımlar atmağa hazır olan bütün tərəfdaşlara təşəkkür edirəm”, - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, IRIS-T sistemi Almaniya istehsalı olan müasir hava hücumundan müdafiə kompleksidir. Sistem pilotsuz uçuş aparatları, qanadlı raketlər, təyyarələr və digər hava hədəflərinə qarşı effektiv müdafiə vasitəsi hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada