ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı diqqətçəkən bəyanat verib.
News365.az xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən Ağ Ev rəhbəri cəbhədəki aktiv döyüşlərə rəğmən, Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda sülh sazişi imzalamağa razı olacağını düşündüyünü bildirib.
Tramp həmçinin Ukrayna böhranının həlli ilə bağlı konkret hədəf və vaxt da açıqlayıb. ABŞ lideri öz prezidentlik müddətinin başa çatacağı tarixə — 20 yanvar 2029-cu ilə qədər bu müharibənin tamamilə yekunlaşacağına ümid etdiyini vurğulayıb.
News365.az