Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
19 Yan 2025 13:13

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.

Bu barədə səfir “X” hesabında bildirilib.

“1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib”, - deyə o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada