"Efirdə oxuyub gedirəm, mənə pul verirlər? Yox.. Mən maaş alıram, onunla nə edim?".
News365.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "İncə səhər" verilişində deyib. Müğənni tək qazancının toy məclisləri olduğunu deyib. O, bildirib ki, fəxri ada görə aldığı maaşla dolanmaq olmaz:
"Həmin pulla səhnə paltarı ala bilərəm? Ala bilmərəm. Mənim yeməyim, işıq, qaz pulum var. Qazandığım hər şeyi xalqa borcluyam. Geyimimdən tutmuş, uşağımın olan hər şeyi, xalqın sayəsindədir. Evim, maşınım üçün xalqa borcluyam".