İran müharibə yolunu seçməkdə haqlıdırmı?

İran müharibə yolunu seçməkdə haqlıdırmı?
09:34

Bu gün əsas mövzu İran-ABŞ münaqişəsidir. Hər kəs bu münaqişə barədə öz ehtimallarını söyləyir, narahatlığını ifadə edir.

Tanınmış ekspert Əkrəm Həsənov da öz fikirlərini News365.az-la bölüşüb.

Həmin fikirləri təqdim edirik:

"ABŞ və İsrailin İrana qarşı təcavüzünə haqq qazandıran vətəndaşlarımızın vətənpərvər tarixi yaddaşına şübhəm var. Bax, deyirlər ki, İran bilirdi ki, bu həmləyə davam gətirə bilməz, niyə ağıllı olub güzəştə getmədi?! Eyni məntiqlə onda gərək Babək də, Cavad xan da düşmənə baş əyərdi, sonadək vuruşmayardı? Yaxud da deyirlər ki, İran dini dövlətdir, diktaturadır, orada qadınların haqları pozulur və s. və i.a., buna görə də ABŞ və İsrail düz edir. Yaxşı, bəs Cavad xan mütləq monarx olaraq diktator deyildi? Gəncə xanlığı şiə teokratiyası deyildi (hüquq sistemi Şəriət idi də!)? Xanlıqda qızları tez ərə verib çarşaba bürümürdülər? Deməli, rus düz edib xanlığı işğal etmişdi və xanı da öldürmüşdü? Hələ Rusiyanın Qacarlarla müharibəsini demirəm: tam eyni əsaslardır! Deməli, Rusiya o zaman teokratik diktatura olan Qacar dövlətinə qarşı haqlı müharibə aparıb? Axı yekunda rus bizi qatı şiəliyin, mollaların əlindən qurtardı, qadınlarımız da tədricən soyunmağa, daha azad olmağa başladı rusun dövründə! Üstəlik rus bizi müasirləşdirdi, elmə və incəsənətə vaqif etdi, yəni “Orta əsr zülməti”ndən xilas etdi. Bəs onda rusu niyə söyürsüz, niyə düşmən hesab edirsiz? Eyni məntiqlə ABŞ-ı və İsraili də söyün də! İşğalçı elə işğalçıdır da, nə fərqi var ki, adı İvandır, yoxsa Benyamin və Donald?! Mənim üçün bu sualların cavabı bəllidir: hər bir xalq seçimini özü etməlidir (bu baxımdan xalqın seçimi önəmli deyil: istəyir dindar olsun, istəyir kommunist), əcnəbi müdaxilə olmadan. Buna görə də mənim üçün necə ki Rusiya işğalçıdır, ABŞ və İsrail də işğalçıdır. Əgər kimsə ABŞ-ı və İsraili İranı azadlığa çıxaran kimi qəbul edirsə, bilin ki, üzdə Rusiyanı söyməsi əbəsdir, belələri üçün rus geri dönsə, onu da alqışlayacaqlar. Çünki prinsip, əqidə yoxdur, belələri hər bir güclü qarşısında baş əyən simasız yaltaqlardır..."

News365.az


Sizin reklam burada
Sizin reklam burada